...

İLİN BİRNCİ YARISINDA ƏHALİ ARTIMI 0,5% VƏ YA 41 MİN NƏFƏR TƏŞKİL EDİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2005 11:37 (UTC +04:00)

İlin birinci yarısında əhali artımı 0,5% və ya 41 min nəfər təşkil edib. Dövlət Statistika Komitəsindən Trend ə verilən məlumata əsasən, 2005-ci ilin iyulun 1-nə Azərbaycn əhalisinin sayı 8, 388 milion nəfər təşkil edir.

Əhalinin 51,5% və ya 4,319 milionu şəhərlərdə, 48,5% və ya 4,069 milion nəfəri isə kəndlərdə yaşayır. Əhalinin 49% və ya 4,25 milion nəfəri kişi, 51% və ya 4,263 milionu qadındır. Beləliklə, hər 1000 kişiyə 1033 qadın düşür.

Orta yaş 31, ömür uzunluğu 72,4 yaşdır, o cümlədən kişilər üçün bu rəqəm 69,6, qadınlar üçün isə 75,2 yaş təşkil edir.

2005-ci ilin yanvar-iyun ayları üzrə Azərbaycanda 68,1 min uşaq doğulub. Beləliklə, hər 1000 nəfərə 17 uşaq düşür. Orta hesabla hər bir azərbaycanlı qadın iki uşaq dünyaya gətirir.

Cari ilin əvvəlindən ölkədə 28,3 min nigah bağlanıb və 4,5 min boşanma halı qeydiyyata alınıb. Ölkədə nigah və boşanma hallarının artımı müşahidə olunur.

Xəbər lenti

Xəbər lenti