...

"İndia-Şou" sərgisində iştirak etmək üçün Azərbaycana Hindistanın 24 şirkətinin nümayəndəsi gəlib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Mart 2006 12:53 (UTC +04:00)

Martın 24-də Bakıda H.Əliyev adına İdman konsert kompleksində Hindistanın 24 aparıcı şirkətinin iştirak etdiyi "İndia-Şou" sərgisi açılıb.

Trend in verdiyi məlumata görə, açılış mərasimində iştirak edən Azərbaycanın Ticarət-Sənaye Palatasının prezidenti Süleyman Tatlıyev belə tədbirlərin Azərbaycanla Hindistan arasında ticarət əlaqələrinin inkişafına müsbət təsir etdiyini qeyd edib.

"Belə sərgilər Hindistanla Azərbaycan arasında istifadə olunmamış böyük potensialı fəaliyyətə gətirməyə imkan verir",- deyə o bildirib və beş günlük tədbirin Azərbaycanın Ticarət-Sənaye Palatasının, Hindistanla ticarətin təşviqi üzrə hökumət təşkilatının və Hindistanın Azərbaycandakı səfirldiyinin birgə səyi ilə keçirildiyini qeyd edib.

"Hindistan və Azərbaycan arasında oxşar cəhətlər çoxdur və biz ümid edirik ki, belə sərgilərin sayı daha da artacaq", -deyə Hindistanın Azərbaycandakı səfiri Cioti Svarup Pande bildirib.

Sərgi iştirakçılarının əsas tərkibi toxuculuq, məişət mebeli, əczaçılıq, ərzaq və zərgərlik məmulatları sahəsindəki şirkətlərdən ibarətdir. Hind firmalarının əksəriyyəti Racastan ştatını təmsil edir.

Qeyd edək ki, bu gün Azərbaycanda 30-dan artıq hind şirkəti çalışır ki, onların əksəriyyəti əczaçılıq şirkətləridir.

"İndia-Şou" sərgisi martın 28-nə kimi davam edəcək.

Xəbər lenti

Xəbər lenti