...

Azərbaycanda "quş qripi" virusu aşkar edildikdən sonra quş məhsullarının satışı kəskin azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Mart 2006 17:03 (UTC +04:00)

Azərbaycanda "quş qripi" virusu aşkar edildikdən sonra quş məhsullarının satışı kəskin azalıb. Trend in xəbər verdiyi kimi, bu barədə martın 27-də Goradil quşçuluq müəssisəsinin rəhbəri Tofiq Tağıyev məlumat verib.

Onun sözlərinə görə, 2005-ci ildə ölkənin daxili ticarət obyektlərində məhsulun satış göstəricisi hər gün 50-60 ton ət və 2 milyondan çox yumurta təşkil edib.

"Hazırda bu göstəricilər son dərəcə aşağıdır", - deyə o qeyd edib.

T.Tağıyev bildirib ki, hazırda az məhsul satışı ilə əlaqədar müəssisədə inkubatorlar dayandırılıb.

Onun sözlərinə görə, məhsul heç də bütün müəssisələrin malik olmadığı soyuducu kameralarda saxlanılır. "Bütün bunlar broyler şirkətlərinə böyük ziyan vurur", - deyə müəssisə rəhbəri vurğulayıb.

Yoluxmuş quşların tələf edilməsi məsələsinə gəlincə, T.Tağıyev bildirib ki, belə tədbirlərin görülməsi üçün broyler müəssisələrində müxtəlif xəstəliklərin yayılmasının qarşısını alan qurğular vardır.

"Alıcılar müəssisədə istehsal olunan məhsulla bağlı müvafiq dövlət orqanlarının verdiyi bütün sənədləri və rəyi tələb edə bilər", - deyə T.Tağıyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti