...

DB-nin Azərbaycan hökumətilə tərəfdaşlıq strategiyası payızda təsdiqlənəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2006 14:24 (UTC +04:00)

DB-nin Azərbaycan hökumətilə tərəfdaşlıq strategiyasının (2006-2009-cu illər) Direktorlar Şurasında təsdiqlənməsi payızda gözlənilir. Bu barədə Trend ə Nazirlər Kabinetindən bildirilib. Bu məsələ ilə bağlı təyin olunmuş vaxt dəfələrdə dəyişdirilib ki, bu da bank tərəfindən Azərbaycan üçün 2007-ci maliyyə ilində ayrılacaq yardımın həcmi, eləcə də hökumətin daha çox güzəştli kredit almaq niyyətilə bağlıdır.

DB Beynəlxalq İnkişaf Assosiasiyası (BİA) dövlətilərinin qiymətləndirilməsini başa çatdırıb və həmin reytinqə əsasən hər bir ölkə üçün yardımın həcmi müəyyənləşdirilib. Qiymətləndirmənin nəticələri haqqında Azərbaycan hökumətini DB-nin aparıcı iqtisadçısı Kristian Pitersen məlumatlandırıb. Azərbaycan üçün $78 mln.nəzərdə tutulub ki, bu vəsaiti də ölkə 2007-ci ildə güzəştli şərtlərlə ala biləcək. Strategiyanın ümumi dəyəri təxminən $1,2 mlrd. həcmində qiymətləndirilir. Vəsaitin böyük hissəsi Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) xəttilə ayrılacaq. Misal üçün, avtomobil yollarının tikintisi üçün $550 mln. almaq nəzərdə tutulsa da, bank bundan da çox vəsait ayırmağa hazırdır.

2006-cı maliyyə ili üçün ilkin olaraq $70 mln. nəzərdə tutulurdu, lakin hökumət BİA-nın vəsaitlərindən $105 mln. almağa müvəffəq olub. Bu vəsaitlər kənd təsərrüfatının inkişafı və kreditləşdilməsinə, məhkəmə və səhiyyə sistemində islahatlar layihələri üçün ayrılıb. Bu məsələnin təsdiqlənməsi iyunun 29-na planlaşdırılıb.

DB-nın bakı nümayəndəliyində tərəfdaşlıq strategiyasının təsdiqlənmə tarixinin təxirə salınmasını yoxsulluğun azaldılması üzrə dövlət proqramı layihəsilə (2015-ci il) izah edirlər. Bu strategiya hazırda hökumət tərəfindən nəzərdən keçirilir və DB onu dövləi proqramı ilə birgə Direktorlar Şurasının müzakirəsinə çıxarmaq istəyir.

Xəbər lenti

Xəbər lenti