...

Dünya Bankının Direktorlar Şurası tərəfindən Azərbaycan üçün üç kreditin təsdiqlənməsi tarixi müəyyən olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2006 16:40 (UTC +04:00)

İyunun 29-da Dünya Bankının (DB) Direktorlar Şurasında ölkə səhiyyə sisteminin dəyişdirilməsi, məhkəmə sisteminin müasirləşdirilməsi və kənd təsərrüfatının inkişaf və kredit vermə üzrə uyğunlaşdırılmış proqramın ikinci fazası təsdiqlənəcək. DB-nin Bakı nümayəndəliyindən Trend ə verilən xəbərə görə, bank birinci layihə üçün 50 milyon ABŞ dolları, ikinci üçün -21,5 milyon ABŞ dolları, üçüncü layihə üçün isə 28,5 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasını təsdiq edəcək.

Səhiyyə və məhkəmə sistemi sahəsindəki layihələr üzrə kreditlər Beynəlxalq inkişaf assosiasiyasının (BİA) şərtləri üzrə ayrılacaq. Kənd təsərrüfatı layihəsi iki xətt üzrə maliyyələşəcək. Bank BİA-nın vəsaitlərindən 20,5 milyon ABŞ dolları ayıracaq, 8 milyon ABŞ dollarını isə BİA-nın sərt şərtləri hesabına ayıracaq.

Xəbər lenti

Xəbər lenti