...

ÜƏT Mərkəzi Azərbaycanın Əmək Nazirliyi əməkdaşları üçün kurslar təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2006 20:46 (UTC +04:00)

Noyabrın 6-da Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində "Layihələrin məntiqi əsasda idarə olunması" kursları başlayıb. Trend in nazirliyin məlumatına istinadən xəbər verdiyi kimi, kurslar Ümumdünya Əmək Təşkilatının Beynəlxalq Treninq Mərkəzi (Turin, İtaliya) tərəfindən təşkil olunub və noyabrın 10-dək davam edəcək. Əsas məqsəd layihənin məntiqi əsasda idarə olunması və həyata keçirilməsi üçün nazirlikdə və onun yerli qurumlarında kadrların peşə səviyyəsinin təkmilləşdirilməsindən ibarətdir. Bundan başqa, bu sahədə iş mexanizminin müəyyən edilməsi və mərhələli gerçəkləşdirilməsi üçün biliklərin artırılması nəzərdə tutulur.

Kursun açılışında Azərbaycan Əmək Nazirliyində Beynəlxalq Əməkdaşlıq şöbəsinin direktoru Azad Tağızadə və ÜƏT mərkəzinin əlaqələndiricisi Tita Françesa çıxış edib. Onlar bəyan edib ki, belə kursların təşkili yüksək səviyyəli kadr potensialının formalaşmasına şərait yaradır, sosial müdafiə sahəsində çalışan kadrların bilik və bacarıqlarını artırır.

Xəbər lenti

Xəbər lenti