...

Azərbaycan ipoteka fondunun bank-agentlərinin sayı genişlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2006 16:38 (UTC +04:00)

Azərbaycan Milli Bankı rəhbərliyinin iclasının gündəliyinə ipoteka kreditləri verilməsi sistemində iştirakçıların siyahısının genişləndirilməsi məsələsi də salınıb. Azərbaycan İpoteka Fondunun (AİF) icraçı direktoru Faiq Məmmədovun Trend ə verdiyi məlumata görə, kredit təşkilatları arasında agentlərin sayı 20 banka çatıb. "İpoteka bazarında fəal işləmək istəyən bankların cəlb olunması müsbət faktor hesab olunur. Onların sayı nə qədər çox olsa əhaliyə bir o qədər keyfiyyətli xidmət göstəriləcək. Həmçinin banklar arasında rəqabət yaranacaq. Bununla bərabər indiki mərhələdə, əsas məqsəd sayda yox keyfiyyətdədir ki, xidmət çevik olsun və borcalanlar lazımi məlumatı alsınlar. Bunun üçün banklarda müvafiq infrastrukturlar yaradılmalıdır"-deyə F. Məmmədov qeyd edib.

Bu gün banklar tərəfindən AİF-ə təqdim olunmuş sənədlərdə də rast gəlinən çatışmazlıqların qarşısını almaq üçün işlər aparılır. "Onların qarşısını almaq üçün banklarda işlər aparılmalıdır və İpoteka Fondu tərəfindən müvafiq treninqlər keçiriləcək. İndiki mərhələdə ipoteka bazarında kifayət qədər sığorta və qiymət təyin edən banklar fəaliyyət gösətrir. Bu da bir daha onu göstərir ki, işin keyfiyyətini qaldırmaq çox vacibdir"- deyə AİF-in rəhbəri qeyd edib.

İpoteka krediti verilməsi bazarında fəal iştirakçı kimim bğu gün 14 bank hesab olunur. Dövlətin iştirakı ilə iri banklar məlum bazara hələ fəal qoşulmayıblar və yeni banklar təsisatlı inkişaf mərhələsindədirlər.

Xəbər lenti

Xəbər lenti