...

Ünvanlı sosial yardımın verilməsini nəzərdə tutan təlimatda dəyişiklik ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2006 16:21 (UTC +04:00)

İmkansız və aztəminatlı ailələrə ünvanlı sosial yardımın verilməsi qaydalarında dəyişiklik ediləcək. Trend xəbər verir ki, bu barədə dekabrın 15-də parlamentin iclasında Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri, deputat Hadı Rəcəbli məlumat verib.

H.Rəcəbli qeyd edib ki, bölgələrdə ünvanlı sosial yardımın verilməsində ciddi problemlər var. "Aztəminatlı ailələrə ünvanlı sosial yardımın verilməsimni nəzərdə tutuan qanunda demək olar ki, problem yoxdur. Azərbaycanda ilk dəfədir ki, ünvanlı sosial yardım institutu yaradılır. Amma bu məsələyə aid olan təlimatlarda xeyli sayda bürokratik əngəllər mövcuddur. Əmək və Əhalinin Sosial Təminat Nazirliyinin hazırladığı təlimata əsasən ünvanlı sosial yardım almaq üçün 17 sənəd təqdim etmək lazımdır. Bu məsələlər isə ünvanlı sosial yardıma ehtiyacı olan vətəndaşlara əlavə problemlər yaradır."

H.Rəcəbli qeyd edib ki, 2007-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mövcud olan təlimatı dəyişdirəcək.

Xəbər lenti

Xəbər lenti