...

Det.Al Limited Daşkəsən dağ- zənginləşdirmə kombinatında istehsalatı artırmağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2006 17:35 (UTC +04:00)

Det.Al Limited Daşkəsən dağ- zənginləşdirmə kombinatında istehsalatın həcmini artırmağı planlaşdırır. Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı şirkətin texniki idarəetmə departamentinin direktoru Cigir Dinər məlumat verib.

Onun sözlərinə görə, 2007-ci ildə istehsalatın 800 min tona qədər artırılması nəzərdə tutulur. Müəssisə bu ilin oktyabr ayında dəmir filizini hasil və emal etməyə başlayıb. 3 il ərzində Daşkəsən dağ-zənginləşdirmə kombinatına 235 mln. ABŞ dolları həcmində sərmayə qoyuluşu planlaşdırılır. Vəsaitlər həm Det.Al Limited, həm də Noble Group Limited şirkəti tərəfindən qoyulacaq.

Dat.Al Limited şireəti Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi ilə Daşkəsən Filizsaflaşdırma ASC-nin səhmlərinin alınması üzrə imzalanmış sazişə əsasən, ilk növbədə, müəssisəni bərpa edib.

Departamentin başçısı bildirib ki, yaxın gələcəkdə tərkibində 64-67% dəmir olan dəmir qranullarının istehsalı üzrə qranulyasiya zavodu tikiləcək. Sonra ardıcıl reduksiya zavodu və poladəritmə zavodunun tikintisinə başlanılacaq.

Xəbər lenti

Xəbər lenti