...

Bakıya Ümumdünya Ticarət Təşkilatının baş katibi gələcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2007 15:17 (UTC +04:00)

8-9 fevral tarixində Bakıda dərman preparatlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. Azərbaycanın gömrük komitəsindən Trend ə verilən məlumata əsasən, tədbir Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə həyata keçirilir.

Komitədən məlumat verilib ki, tədbirdə ÜTT-nin baş katibi Mişel Dane, ECO (İƏT) -nun iqtisadi əməkdaşlıq təşkili üzrə baş katibi Xurşid Ənvər, intellektual mülkiyyət beynəlxalq təşkilatının sədr müavini Maykl Keplincer, Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun rəhbər müavini Nata Menabde və b. iştirak edəcək.

Seminara təxminən 100 xarici nümayəndə dəvət olunub. Görüş çərçivəsində dərman preparatlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə, bu istiqamətdə ölkələr arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediləcək.

Seminarın sponsarları qismində dünyanın iri əczaçılıq şirkətləri çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti