...

Bakıya yeni sərnişin avtobuslarının birinci hissəsinin gətirilmə tarxi müəyyənləşib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2007 18:55 (UTC +04:00)

Nəqliyyat nazirliyi Azərbaycan sahibkarlarına kreditlərin verilməsi şərtlərini yüngülləşdirmək üçün Cənubi Koreya və Fransa bankları ilə danışıqlar aparır. Nazirlikdən Trend ə verilən məlumata əsasən, bu vəsaitlər həmin ölkələrin avtobus istehsal edən şirkətlərindən avtobusların alınması üçün nəzərdə tutulub.

Danışıqlar əsasən Koreyanın Woori bankı və Daewoo avtoistehsalçısının bankı ilə aparılır.

Avtobusların gətirilməsinin birinci mərhələsinə martın əvvəlində başlamaq nəzərdə tutulub. Birinci mərhələdə təxminən 200 belə avtobusun əldə olunması nəzərdə tutulub. Gələcəkdə daha 500 avtobus alınacaq. Bu, aparılmış qiymətləndirməyə əsasən, sərnişindaşıma və marşrutların təmin olunması üçün 800 böyüktutumlu və 2 min ortatutumlu avtobusun lazım olması ilə izah olunur.

Bütün bu işlər Azərbaycan prezidentinin "2006-2007-ci illər üçün Bakı şəhərinin nəqliyyat sisteminin təkmilləşdirilməsi haqqında" sərəncamı çərçivəsində həyata keçiriləcək. Yeni avtobusların əldə olunması şəhərin nəqliyyat infrastrukturunda bəzi problemlərin həllinə imkan verəcək, həmçinin sərnişinlərə göstərilən xidmət səviyyəsini artıracaq.

Xəbər lenti

Xəbər lenti