...

Agrolozing kənd təsərrüfatı texnikası partiyasının satın alınması üzrə kotirovka sorğusunun qalibini elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2007 15:47 (UTC +04:00)

Azerbaydjan, Baku /korr. Trend S.Babaeva/ Agrolozing ASC 2007-ci ildə kənd təsərrüfatı texnikası partiyasının satın alınması üzrə kotirovka sorğusunun qalibini elan edib. Bu barədə müəssisədən məlumat verilib. Tender komissiyası birinci lot üzrə Woordworth Corp. şirkətini, ikinci üzrə isə Innuendo S.A. şirkətini qalib elan edib.

ASC şirkətlərdən 150 otbiçən maşın, 42 ot presləyən maşın, 250 kotan, 40 yerqazan, 60 traktor qoşqusu və 48 traktor alacaq.

Saziş imzalandıqdan 90 gün sonra şirkətlər ASC-yə texnikaları təqdim etməlidirlər.

Agrolozing ASC 23 oktyabr 2004-cü ildə Azərbaycan prezidenti İlham Əliyevin sərancamına əsasən təsis edilib. Müəssisənin fəaliyyəti yerli torpaq sahiblərinə lizinq yolu ilə müxtəlif kənd təsərrüfatı texnikasının verilməsi ilə aqrar sahənin yaxşılaşdırılmasına və ölkədə sahibkarlığın dəstəklənməsinə yönəldilib.

Xəbər lenti

Xəbər lenti