...

"Zygon Caspian Consulting" Azərbaycanın Standartlaşdırma İnstitutunun məsləhətçisi seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2007 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova / "Zygon Caspian Consalting" (ZCC) konstaltinq şirkəti may ayında Azərbaycanın standartlaşdırma institutu üçün konsaltinq xidmətləri göstərməyə başlayacaq. Bu barədə şirkətin direktoru Natiq Ağazadə məlumat verib.

Onun sözlərinə görə, şirkətin vəzifəsinə idarətemə keyfiyyət sisteminin standartlarının (ISO 9001:2000) tətbiqi daxildir. Məsləhətləşmələr 2007-ci ilin sonunadək göstəriləcək.

Qeyd edək ki, Standartlaşdırma İnstitutu Standartlaşdırma, Patent və Metrologiya Dövlət Agentliyi tərəfindən keçmiş yeyinti sənayesinin elmi-tədqiqat institutunun bazasında yaradılıb. Bu institutun mərkəzə çevrilməsi planlaşdırılır. Nəticə etibarilə bu, dövlətə sertifikatlaşma proseslərindən yavaş-yavaş uzaqlaşmağa imkan verəcək. Dövlət Agentliyi strukturunun təkmilləşdirilməsi çərçivəsində bütün respublikanı əhatə edən 9 regional idarə yaradılıb.

Xəbər lenti

Xəbər lenti