...

AYİB Bank Respublika üçün ilk sindikatlaşdırılmış kredit təşkil edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2007 11:25 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova / Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) iyulun 10-da Direktorlar Şurasının iclasında Azərbaycanın "Bank Respublika" bankına 14 milyon dollarlıq ilk sindikatlaşdırılmış kredit verilməsinin mümkünlüyünü araşdıracaq. Bu barədə AYİB-in yaydığı məlumatda bildirilir.

Vəsaitlər Azərbaycanda özlə sahibkarlığın kreditləşməsinə yönələcək.

Kredit iki tranşla veriləcək. İkinci tranş sindikatlaşdırılmış olacaq, müddəti isə 18 ay təşkil edəcək. Birinci tranşı AİYB daxili vəsaitlərdən verəcək. Bu tranşın həcmi 6 mln dollar olacaq. İkinci tranş isə 8 mln. dollara bərabər olacaq.

Kredit resursları Bank Respublika-ya beynəlxalq kapital bazarlarına çıxmaq imkanı verəcək, fondlarının diversifikasiyanı dəstəkləyəcək, habelə kiçik və orta müəssisələrin müştəri bazasını genişləndirəcək.

Bank Respublika - Azərbaycanın özəl bankıdır.

Xəbər lenti

Xəbər lenti