...

İnvestisiya qiymətli kağızlarının dövriyyədən çıxarılması və ləğv edilməsi qaydalarına düzəlişlər təsdiq olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2007 20:42 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova / QKDK sədrinin əmri ilə "Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında" Əsasnamənin tələblərinə müvafiq olaraq "İnvestisiya qiymətli kağızlarının dövriyyədən çıxarılması və ləğv edilməsi Qaydaları"na əlavə və dəyişikliklər təsdiq edilib.

Dövlət Komitəsindən verilən məlumata görə, əlavə və dəyişikliklər 10 iyuldan etibarən qüvvəyə minir.

Düzəlişlərə əsasən, QKDK tərəfindən 10 gün müddətində qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlər edilməlidir. Bundan sonra 7 iş günü müddətində qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi haqqında məlumat kütləvi informasiya vasitələrində dərc olunmalıdır.

Akt depozitarın və emitentin vəzifəli şəxsləri tərəfindən imzalanmalıdır və depozitarın möhürü ilə təsdiq olunmalıdır.

Xəbər lenti

Xəbər lenti