...

"Xalg bank" birinci yarımil üçün fəaliyyətinin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2007 18:24 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ "Xalg bank"ın məlumatında bildirilir ki, cari ilin birinci yarısında bankın aktivləri 76% çoxalıb və iyulun 1-də 136245,05 min manat təşkil edib.

Bankın kredit portfeli 91% artaraq 110474,35 min manata çatıb. Cəlb olunan depozit vəsaitləri 13% artaraq 71424,05 min manat təşkil edib.

Əhalinin müddətli əmanətlərinin həcmi 31% artıb və 51500,47 min manat təşkil edib.

Bankın ümumi kapitalı 6 ay ərzində 63% artaraq 50754,73 min manat təşkil edib.

Son 6 ay ərzində fəaliyyətin yekunlarına əsasən, bankın gəlirləri 7085,81 min manat, xərcləri isə 8220,99 min manat təşkil edib. Bankın nizamnamə fondu 53550,0 min manat təşkil edir və bu göstərici ölkənin özəl bankları arasında ən yüksək göstəricidir.

Yaxın günlərdə "Neftçala" filialı fəaliyyətə başlayacaq və lisenziya almaq məqsədilə Milli Banka lazımi sənədlər təqdim olunub. Hazırda bankın Mingəçevir, Cəlilabad, Yevlax və Gəncə filiallarında, həmçinin Bakıdakı iki filialında tikinti və təmir işləri aparılır.

Xəbər lenti

Xəbər lenti