...

İyulun 20-nə BBVB-də birja ticarətinin nəticələri açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2007 20:00 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, cümə günü USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8532 AZN təşkil edib.

BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi hər ABŞ dollarına görə 0,8538 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 162 355 AZN olub. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişilməz qalıb.

Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 8 926 435 AZN təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə, manatın orta məzənnəsi dollara nisbətən 0,8532 AZN təşkil edib.

Beləliklə hər iki sessiyaların nəticələrinə görə, "Birja Elektron Sistemində Ticarət"in ümumi həcmi USD/AZN aləti üzrə $ 10 652 000 ABŞ dolları və ya 9 088 790 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 1 183 556 ABŞ dolları düşüb.

Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 14,60%, ABŞ dolları üzrə isə illik 14,63% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti