...

"Parex Leasing & Factoring" ikinci rübdəki fəaliyyətinin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2007 15:32 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ "Parex Lizing & Factoring" MMC ikinci rübdə şirkətin fəaliyyətinin əsas göstəriciləri üzrə nəticələri elan edib.

İyulun 1-nə şirkətin lizinq portfeli 26,7 mln. dollar təşkil edib. Aprel-iyun aylarında portfelin artımı 57 faiz olub.

İyunun əvvəlinə "Parex Lizing & Factoring" 474 müqavilə üzrə 56 mln. dollar dəyərində 864 obyekti lizinqə verib.

Lizinqə verilən avadanlıqların növləri üzrə şirkət portfelinin ümumi strukturu aşağıdakı kimidir:

Ticarət - $4 604 898 - 17,2 faiz

Energetika və təbii ehtiyatlar - $822 590 - 3,1 faiz

Kənd təsərrüfatı - $97 457 - 0,4 faiz

Tikinti - $3 605 277 - 13,5 faiz

İstehsal - $6 915 385 - 25,8 faiz

Nəqliyyat daşımaları - $604 786 - 2,3 faiz

Maliyyə sahəsi - $3 440 865 - 12,9 faiz

Fiziki şəxslər - $6 599 109 - 24,7 faiz

Digər sahələr - $67 221 - 0,3 faiz

Nəticə - $26 757 588.

"Parex Leasing Factoring" 100 faiz Latviya kapitalı ilə formalaşan lizinq şirkətidir.

Şirkət 2005-ci il 25 martdan fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti