...

"Kommersant" eksperti: İqtisadiyyatları Amerika dollarına meylli bir çox ölkələrə ABŞ-ın əsas fond indekslərinin azalması fonunda ciddi zərər dəyə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2007 18:26 (UTC +04:00)
"Kommersant" eksperti: İqtisadiyyatları Amerika dollarına meylli bir çox ölkələrə ABŞ-ın əsas fond indekslərinin azalması fonunda ciddi zərər dəyə bilər

Azərbaycan, Bakı/ Trend müxbir K.Bədəlova/ İqtisadiyyatları Amerikan dollarına meylli bir çox ölkələrə ABŞ-ın əsas fond indekslərinin qəfil azalması fonunda ciddi zərər dəyə bilər. Bu barədə bazar ertəsi "Kommersant" qəzetinin beynəlxalq siyasət şöbəsinin redaktoru Azər Mürsəliyev bildirib.

Cümə günü ABŞ-ın əsas fond indeksləri birja sessiyasının böyük hissəsində orta mənfiliklə satılıb. Lakin son yarım saatda indekslər qəfildən aşağı düşərək günü böyük itgi ilə başa vurub. Cümə axşamı Dow 311 bənd aşağı düşüb. Cümə günü keçirilən ticarət sessiyalarının nəticəsinə əsasən, Dow 208,10 bənd 13265,47 bəndə, yaxud 1,54%-ə qədər aşağı düşüb. Cümə günü Standard & Poor's 500 indeksi 23,71 bənd 1458,95 bəndə, yaxud 1,60%-ə qədər, Nasdaq Composite indeksi 37,10 bənd 2562,24 bəndə, yaxud 1,43%-ə qədər aşağı düşüb.

"Bu gün əsas diqqət bu xəbərə necə reaksiya veriləcəyinə yönəlib. Son zamanlar ABŞ iqtisadiyyatı heç də yaxşı dövrünü yaşamır, dolların kursu daim azalır. Bunun sayəsində digər bazarlar müəyyən mənada bu xəbərə hazırdır", - deyə Mürsəliyev söyləyib.

Onun sözlərinə görə, bu xəbərin gözlənilən olması və bazarın buna hazır olması vəziyyəti yüngülləşdirə bilər.

"Belə vəziyyətdə dolların kursu yavaş-yavaş artacaq. Bundan da ABŞ bazarına meylli ölkələr zərər çəkəcək. Faktiki olaraq dolların əsas təminatı neftdir", - deyə o söyləyib.

Neft fyuçerləri qiyməti ABŞ-ın əlverişli makroiqtisadi statistikası fonunda iyulun 27-də bahalaşıb. New York Mercantile Exchange-də (NYMEX) Light, Sweet Crude Oil (sentyabr) fyuçerslərinin rəsmi qiyməti 2 dollar 07 sent artaraq 77,02 doll./barr olub. InterContinental Exchange Futures-də (ISE Futures) IPE e-Brent Crude (sentyabr) fyuçerslərinin rəsmi qiymətləri 1 dollar 08 sent artaraq 76,26 doll./barr. olub.

"Neftin qiyməti çoxdan və sürətlə artır. Amma buna digər tərəfdən baxsaq, dollar devalvasiya edir və bu da həmçinin neftdə əks olunur", - deyə Mürsəliyev söyləyib.

Xəbər lenti

Xəbər lenti