...

Azərbaycan neftinin qiyməti: 11-15 fevral həftəsinin yekunları

Energetika Materials 18 Fevral 2008 18:34 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 11-15 fevral həftəsinin yekunları

Azərbaycan, Bakı, 18 fevral / " Trend ", m üxbir A.Bədəlova/ 11-15 fevral həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanlarından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $ 95,86/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $5,04/barel çoxdur.

11-15 fevral həftəsində AZERI LT neftinin maksimal qiyməti $97,49/barr., minimal qiyməti isə $94,65/barr. təşkil edib.

Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

11-15 fevral həftəsində Azərbaycanın Novorossiyk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $89,36/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $4,72/barr. çoxdur.

11-15 fevral həftəsində URALS neftinin maksimal qiyməti $91,22/barr., minimal qiymət isə $88,14 təşkil edib.

URAL neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

11-15 fevral həftəsində Brent Dated neftinin orta qiyməti $95,15/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $5,34/barr. çoxdur.

Ötən həftə Brent neftinin maksimal qiyməti $96,63/barr., minimal qiymət isə $94,01/barr. təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36 faizdir.

Xəbər lenti

Xəbər lenti