...

BP Azərbaycanda istifadə üçün yeni gəminin dizaynını sifariş verib

Energetika Materials 18 Aprel 2008 19:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel / Trend / Britaniyanın "Global Maritime" şirkəti Xəzərin Azərbaycan sektorunda istifadə üçün dəniz əməlyyatlarına dəstək verən yeni gəminin dizayn həlli üçün BP-dən müqavilə alıb.

Gəmi suyun 600 metr dərinliyində dəniz konstruksiyalarının tikilməsi və boru kəmərlərinin çəkilməsi üzrə dəniz əməliyyatlarına dəstək üçün istifadə olunacaq. Gəminin texniki dizaynı 300 tona qədər çəkidə sualtı manifoldların tikintisi və 30 dyuma qədər diamertli boruların çəkilməsi imkanlarını nəzərdə tutmalıdır.

BP şirkəti Azərbaycanda "Azəri"-"Çıraq"-"Günəşli" dəniz yataqlarının irimiqyaslı işlənmə layihələrinin operatoru, həmçinin "Şah dəniz" qazkondensat yatağının işlənməsi üzrə texniki operatordur. Hazırda şirkət "İnam" perspektivli dəniz strukturunda ikinci axtarış-kəşfiyyat quyusunun qazma işlərini həyata keçirir.

Xəbər lenti

Xəbər lenti