...

Azərbaycanın Dövlət Neft Şirkəti Gürcüstanda SOCAR brendi altında birinci YDM açıb

Energetika Materials 25 Aprel 2008 20:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel/ Trend /Bu gün Azərbaycanın Dövlət Neft Şirkəti Gürcüstanda SOCAR brendi altında birinci yanacaqdoldurma məntəqəsini açıb. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin cümə günü yayılan məlumatında deyilir.

Ümumilikdə Gürcüstanda SOCAR brendi altında 6 yanacaqdoldurma məntəqəsi istismara veriləcək. İlin sonunadək Gürcüstan ərazisində SOCAR brendi altında yanacaqdoldurma məntəqələrinin ümumi sayı 18-ə çatıdırılacaq.

Hazırda Azərbaycanın Dövlət Neft Şirkəti Gürcüstana 30 min ton neft məhsulları tədarük edir. Bu neft məhsullarına benzin, dizel yanacağı, mayeləşdirilmiş qaz və digərləri daxildir. Yay dövründə bitum tədarükünün artacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti