...

Qətər mayeləşdirilmiş təbii qaz istehsalını artırmaq niyyətindədir

Energetika Materials 23 Dekabr 2008 19:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 dekabr/ Trend , müxbir A.Bədəlova/ "Qətər qaz ixracının liderlərindən biri kimi, "mavi yanacağın" ixracı istiqmətində əməkdaşlığı genişləndirmək üçün bütün zəruri səyləri göstərəcək", - Qətərin energetika və sənaye naziri Abdullah Bin Həmad əl-Əttiyə qaz ixrac edən ölkələrin forumunda bildirib.

"Biz 7,8 mln. ton MTQ istehsal edəcək ən böyük müəssisələrdən birinin tikilməsi yolu ilə mayeləşdirilmiş təbii qaz (MTQ) istehsalı sahəsini inkişaf etdirəcəyik, - əl-Əttiyə bildirib. - Ümumilikdə bu rəqəmlər ona gətirəcək ki, iki il ərzində qaz, o cümlədən MTQ istehsalını artıracağıq".

Onun sözlərinə görə, Qətər, dünyada MTQ-yə tələbatın müvafiq artımını təmin etmək üçün yanacağın bu növünü daşıya biləcək donanmanın inkişafı üçün bütün zəruri səyləri göstərir.

Qətərdə artıq 56 belə sinifli gəmi var, - nazir vurğulayıb.

"Biz daha çox tədarük həyata keçirməyə qadirik", - əl-Əttiyə deyib.

Nazir, Dohada qaz ixrac edən ölkələrin forumunun mənzil -qərargahını təşkil etməyi təklif edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: с[email protected]

Xəbər lenti

Xəbər lenti