...

Dünya maliyyə böhranı Azərbaycanda metanol zavodunun tikintisinə təsir etməyib

Energetika Materials 7 Aprel 2009 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel / Trend , müxbir E.İsmayılov /

"Dünya maliyyə böhranı Azərbaycanın Qaradağ rayonundakı yeni metanol zavodunun tikintisinə təsir etməyib", - çərşənbə axşamı zavodun tikinti operatoru olan Azmeco şirkətindəki mənbə deyib.

"Zavodun tikintisi üzrə işlər davam edir və böhran hələ ki, bu layihənin həyata keçirilməsinə mane olmur", - mənbə bildirib. Zavodun tikintisini 2010-cu ilin birinci yarısında bitirmək planlaşdırılır.

Mənbənin sözlərinə görə, zavodda istehsal olunacaq metanolun böyük hissəsi ixraca yönəldiləcək.

"Yeni zavodun illik istehsal gücü 500 min ton metanol təşkil edəcək. Zavodun tikintisində ABŞ, Avropa və Rusiyanın texnologiyalarından istifadə olunacaq. Hazır məhsul Qara dəniz limanlarına ixrac ediləcək və oradan dünya bazarlarında satışa çıxarılacaq", - Azmeco-nun internet-səhifəsində yerləşdirilmiş məlumatda deyilir.

Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı və "Nord Bank"-ın iştirakı ilə həyata keçirilir. Zavodun tikintisinin dünya ekoloji standartlarına uyğunluğuna nəzarəti "Dappolonia" (İtaliya) və "Jacobs" (İngiltərə) aparır.

Azmeco şirkəti 2007-ci ildə Azərbaycanda yaradılıb və qazın metanola emalı zavodunun tikintisi və istismarı layihəsinin operatorudur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti