...

ARDNŞ yanvar-noyabrda 150 min tondan çox maye qaz istehsal edib

Energetika Materials 8 Dekabr 2009 18:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 dekabr / Trend /

Yanvar-noyabrda ARDNŞ-nin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (keçmiş "Azərneftyağ") ötən ilin analoji dövründə istehsal olunmuş 169,5 min tona nisbətdə 156,45 min ton maye qaz istehsal edilib.

Noyabrda NEZ-də 16,7 min ton maye qaz istehsal olunub.

2008-ci ildə ARDNŞ-də 181,13 min ton maye qaz istehsal edilib. 2007-ci ildə maye qaz 145,03 min ton həcmində istehsal olunub. İstehsal olunan maye qazın bütün həcmini butan-butilen fraksiyası təşkil edir.

2006-cı ildə butan-butilen fraksiyasının istehsal həcmi 148,22 min ton təşkil edib. 2005-ci ildə bu göstərici 129,62 min tona bərabər olub.

2008-ci ildə 2007 və 2006-cı ildə olduğu kimi propan-propilen fraksiyası bu müəssisədə istehsal olunmayıb. 2005-ci ildə propan-propilenin istehsal həcmi 3,02 min ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti