...

Xəzər Boru Kəməri Konsorsiumu CPC Blend markalı neftin boşaldılmasını artırıb

Energetika Materials 11 Yanvar 2010 17:03 (UTC +04:00)
2009-cu ildə Xəzər Boru Kəməri Konsorsiumu (XBKK) səhmdarları "Yujnaya Ozereyka-2" terminalında CPC Blend markalı 34,6 milyon tondan çox neft boşaldıb. 2008-ci ildə bu rəqəm 31,5 milyon ton olub. Bu barədə XBKK-nın mətbuat xidmətindən bildirilib.

Azərbaycan, Bakı, 11 yanvar / Trend , müxbir E.İsmaylova/

2009-cu ildə Xəzər Boru Kəməri Konsorsiumu (XBKK) səhmdarları "Yujnaya Ozereyka-2" terminalında CPC Blend markalı 34,6 milyon tondan çox neft boşaldıb. 2008-ci ildə bu rəqəm 31,5 milyon ton olub. Bu barədə XBKK-nın mətbuat xidmətindən bildirilib.

2007-ci ildə XBKK səhmdarları 32,6 milyon tondan çox neft boşaldıb.

Səhmdarlar 2009-cu ilin dekabrında, 2008-ci ilin anoloji dövründə boşaldılmış 2,97 milyon ton neftlə nisbətdə 2,99 milyon ton neft boşaldıb.

Həcmlərin nəql və boşaldılmasını (qoşulma ardıcıllığı ilə) həyata keçirən XBKK yükgöndərənləri aşağıdakılardır:

- "Tengizşevroyl" - bağlanmış müqavilələrdən birincisi - tədarük olunan əsas həcmlər sisteminin əsas yüklənməsini təmin edir.

- "Arman" - XBKK-nın səhmdarı Oryx Caspian Pipeline LLC-nin affilə edilmiş yük göndərəni. Hazırda "Şell"in mülkiyyətindədir.

- "Embamunayqaz" və "Kazaxoyl-Aktobe". XBKK-nın səhmdarı Kazakstan Pipeline Ventures LLC-nin affilə edilmiş yük göndərəni.

- "CNPC-Aktobemunayqaz" - Qazaxıstan hökumətinin giriş hüquqlarından yararlanaraq terminalda həcmlərin nəql və boşaldılmasını həyata keçirir.

- "Litasko" - XBKK-nın səhmdarı LUKARKO B.V. şirkətinin affilə edilmiş yük göndərəni.

- "Karaçaqanak Petroleum Opereytinq B.V." - "Tengizşevroyl"dan sonra həcmlər üzrə ikinci yükgöndərən. XBKK-nın bir çox səhmdarlarının yanında affilə edilib.

- "Nafta Trans" QSC və onunla affilə edilmiş şirkətlər - Rusiya Federasiyasının giriş hüquqlarına əsasən rus hasilatçılarının neftini XBKK-ya tədarük etmək səlahiyyətindədir.

Xəbər lenti

Xəbər lenti