...

Almaniyanın RWE şirkəti Bakıda perspektiv qaz strukturunun işlənməsinə dair memorandum imzalayıb

Energetika Materials 10 Mart 2010 11:09 (UTC +04:00)
Bu gün Bakıda ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və Almaniyanın RWE şirkəti Xəzərin Azərbaycan sektorunda "Naxçıvan" perspektiv dəniz strukturu üzrə qarşılıqlı anlaşma haqqında memorandum imzalayıblar.
Almaniyanın RWE şirkəti Bakıda perspektiv qaz strukturunun işlənməsinə dair memorandum imzalayıb

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir E.İsmayılov/

Bu gün Bakıda ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və Almaniyanın RWE şirkəti Xəzərin Azərbaycan sektorunda "Naxçıvan" perspektiv dəniz strukturu üzrə qarşılıqlı anlaşma haqqında memorandum imzalayıblar.

Azərbaycan tərəfindən sənədi ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, Almaniya tərəfindən Yurgen Qrossman imzalayıb.

İmzalanma mərasimində ARDNŞ rəhbəri Rövnəq Abdullayev bildirib ki, memorandum bir il ərzində "Naxçıvan" dəniz strukturu layihəsi çərçivəsində RWE üçün iş şəraiti yaradacaq.

"Bu il ərzində PSA tipli müqavilənin hazırlanması üzrə iş aparılacaq. Müqavilə imzalandıqdan sonra, strukturda kəşfiyyat işləri başlayacaq", - Abdullayev bildirib.

ARDNŞ mütəxəssislərinin fikrincə, əvvəllər strukturda kommersiya baxımından cəlbedici ehtiyatlar aşkar olunmayıb, lakin strukturda aparılan qazma yaxşı nəticələr göstərib və bu ehtiyatların olmasından xəbər verə bilər.

Strukturun ehtiyatları 300 milyard kubmetr qaz və 40 milyon ton qaz-kondensat həcmində proqnozlaşdırılır.

"Naxçıvan" perspektiv dəniz strukturunun işlənməsinə dair müqavilə 1997-ci il avqustun 1-də imzalanıb. Layihənin iştirakçıları - "ExxonMobil" - 50 faiz, ARDNŞ- 50 faiz. Müqavilə kommersiya baxımından cəlbedici olan həcmdə karbohidrogenin aşkar edilməməsi ilə əlaqədar bağlanıb.

Almaniyanın RWE enerji konserni qazın Xəzər regionundan və Yaxın Şərqdən Aİ ölkələrinə ixracını nəzərdə tutan "Nabucco" qaz kəməri layihəsinin altı iştirakçısından biridir. Layihənin digər iştirakçıları - Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz" və Türkiyənin "Botas" şirkətləridir. Səhmdarların hər biri 16,67 faiz həcmində bərabər paya malikdir.

"RWE Supply & Trading"in məlumatına görə, hazırda şirkət ARDNŞ ilə "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil edilən qazın "Nabucco" boru kəməri ilə nəqlinin mümkünlüyünü müzakirə edir. RWE-nin hesablamalarına görə, 2014-2015-ci illərə kimi Azərbaycan "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsinin inkişafı hesabına qaz ixracı üçün 16 milyard kubmetr qaza malik olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti