...

İtaliyanın ENI şirkəti Azərbaycanın dənizdəki perspektivli strukturlarının işlənməsi ilə maraqlanır

Energetika Materials 20 İyul 2010 14:36 (UTC +04:00)
Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və ENI şirkətinin prezidenti Paolo Skaroni çərşənbə axşamı Bakıda İtaliya şirkətinin Azərbaycanın dənizdəki "Dan ulduzu" və "Əşrəfi" perspektivli strukturlarının işlənməsində imkanlarını müzakirə ediblər. Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli məlumat verib.
İtaliyanın ENI şirkəti Azərbaycanın dənizdəki perspektivli strukturlarının işlənməsi ilə maraqlanır

Azərbaycan, Bakı, 20 iyul /Trend/

Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və ENI şirkətinin prezidenti Paolo Skaroni çərşənbə axşamı Bakıda İtaliya şirkətinin Azərbaycanın dənizdəki "Dan ulduzu" və "Əşrəfi" perspektivli strukturlarının işlənməsində imkanlarını müzakirə ediblər. Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli məlumat verib.

Onun sözlərinə görə, tərəflər, həmçinin, ENI şirkətinin təklif etdiyi türkmən maye qazının Xəzər və Azərbaycandan Avropaya nəqlinə dair layihəni də müzakirə ediblər. "Cənub enerji dəhlizi" çərçivəsində Xəzər qazının müxtəlif nəqli layihələri müzakirə olunub.

Bundan əvvəl xarici şirkətlər artıq "Əşrəfi" və "Dan ulduzu" perspektivli strukturlarında işlər həyata keçiriblər. Lakin həmin vaxtda kəşfiyyat qazması karbohidrogenlərin kommersiya baxımından cəlbedici həcmlərini aşkar etməyib və layihə üzrə xarici tərəfdaşlar onunla işləməkdən imtina ediblər. 1997-ci ildə PSA tipli müqavilə imzalayan layihə iştirakçıları BP (30 faiz), UNOCAL (25,5 faiz), SOCAR (20 faiz), ITOCHU (20 faiz) və "Delta" (4,5 faiz) şirkətləridir.

ENI əvvəllər ARDNŞ-ə Türkmənistandan 6-8 milyard kubmetr qazın nəqlində iştirak etməyi təklif etmişdi. Layihə Xəzər dənizindən gəmilərlə maye qazın nəqlini nəzərdə tutur. Tərəflər birgə işçi qrupların tərkibində layihə çərçivəsində bütün texniki, hüquqi və kommersiya məsələlərinin spektrini öyrənəcəklər.

Xəbər lenti

Xəbər lenti