...

ARDNŞ "Babək" yatağında qazma işlərinə başlayır - vitse-prezident

Energetika Materials 22 Sentyabr 2011 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir E.İsmayılov/

2012-ci ilin sonu - 2013-cü ilin əvvəlində ARDNŞ Xəzərin Azərbaycan hissəsindəki "Babək" perspektiv strukturunda kəşfiyyat qazıntılarına başlaya bilər. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə cümə axşamı jurnalistlərə Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun növbəti iclasında deyib.

Onun sözlərinə görə, bu il "Şəfəq-Asiman" perspektiv blokunda geofizika işlərinin aparılmasından sonra "Babək" strukturunda üçmiqyaslı seysmik işlərin görülməsi planlaşdırılır.

Yusifzadə qeyd edib ki, hazırda "İstiqlal" və "Dədə Qorqud" qazma avadanlıqları BP tərəfindən "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" layihələri üçün istifadə edilir. Həmçinin, BP "Şahdəniz"dəki işlərə Heydər Əliyev adına qazma qurğusunu da cəlb etmək istəyir. Lakin hansısa qazma qurğusunun işində boşluq yaranarsa, o, ARDNŞ tərəfindən "Babək"in kəşfiyyatı üçün istifadə oluna bilər.

Qazmanın digər mümkün şərti ARDNŞ-nin tabeçiliyində olan köhnə qazma qurğusu "Şelf"in yenidən qurulması da ola bilər.

"Babək" strukturunun ehtimal olunan ehtiyatları 400 milyard kubmetr qaz və 80 milyon ton kondensat kimi qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti