...

"SOCAR Petroleum" kapitalını artırır

Energetika Materials 3 Mart 2012 12:23 (UTC +04:00)
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "SOCAR Petroleum" QSC-nin adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

Azərbaycan, Bakı, 3 mart /Trend müxbir E.İsmayılov/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "SOCAR Petroleum" QSC-nin adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü QKDK-nın yaydığı məlumatda deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 300 manat olan 30 613 səhm buraxılıb.

Emissiyanın yerləşdirilməsi nəticəsində şirkətin nizamnamə kapitalı 9183 900 manat artırılacaq.

Xəbər lenti

Xəbər lenti