...

"Astara" elektrik stansiyasında 131 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub

Energetika Materials 20 İyun 2012 14:23 (UTC +04:00)
Yanvar-may aylarında "Astara" elektrik stansiyasında 131 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal olunub. Bu barədə çərşənbə günü Trend-ə "Azərenerji" ASC-nin mətbuat xidmətindən məlumat verilib.
"Astara" elektrik stansiyasında 131 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub

Azərbaycan, Bakı, 29 iyun /Trend/

Yanvar-may aylarında "Astara" elektrik stansiyasında 131 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal olunub. Bu barədə çərşənbə günü Trend-ə "Azərenerji" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Bu ilin may ayında stansiyada 24 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

Cari ilin payız-qış mövsümündə də bölgə əhalisinin və iqtisadiyyatının fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, stansiyada avadanlıqların keyfiyyətli təmirinin təşkil olunması, enerji istehsalı üzrə verilmiş plan tapşırıqlarının yerinə yetirilməsi məqsədilə "Astara" elektrik stansiyasında 2012/2013-cü illərin payız-qış mövsümünə hazırlıq tədbirləri görülüb.

Tərtib edilmiş tədbirlər planına uyğun olaraq, cari ilin 5 ayında növbəti təmir vaxtı çatmış 1, 2, 4, 7, 9 və 10 saylı aqreqatlarda texniki qulluq işləri başa çatdırılıb.

Xəbər lenti

Xəbər lenti