...

ARDNŞ bir sıra yaşayış məntəqələrini qazlaşdıracaq

Energetika Materials 21 İyun 2012 18:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyi (İB) şənbə günü ölkənin Füzuli rayonunun iki yaşayış məntəqəsinə ilk dəfə qaz verəcək. Bu barədə cümə axşamı Trend-ə İB-dən bildiriblər.

Məlumata əsasən, qaz Bala Bəhmənli və Qarabağ yaşayış məntəqələrinə veriləcək.

"Bu cəbhəyanı yaşayış məntəqələrinə qaz kəmərlərinin çəkilməsi üzrə işlər artıq başa çatıb və qazın verilişi iyunun 23-də olacaq", - İB-dən qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti