...

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan və Türkiyə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli töhfə verəcək

Energetika Materials 26 İyun 2012 15:09 (UTC +04:00)
Azərbaycan və Türkiyə TANAP (Trans Anadolu qaz kəməri) layihəsinin reallaşdırılması yolu ilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli töhfə verəcək.
Rəcəb Tayyib Ərdoğan: Azərbaycan və Türkiyə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli töhfə verəcək

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir A.Tağıyeva/

Azərbaycan və Türkiyə TANAP (Trans Anadolu qaz kəməri) layihəsinin reallaşdırılması yolu ilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli töhfə verəcək. Bu barədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib. Trend-in məlumatına görə, xəbəri TRT Haber telekanalı yayıb.

Ərdoğanın sözlərinə görə, TANAP layihəsi Azərbaycanın "Şahdəniz" qaz kondensat yatağınını işlənməsinin ikinci mərhələsində qazın Türkiyədən Avropaya nəqlinə imkan verəcək.

O deyib ki, bundan başqa həmin layihə təkcə "Şahdəniz"dən deyil, Xəzərin Azərbaycan sektorundakı başqa qaz yataqlarından da qaz ixrac etməyə, eləcə də bu marşrut üzrə türkmən qazının nəqlinə imkan yaradacaq.

Xəbər lenti

Xəbər lenti