...

Sənaye və Energetika Nazirliyi enerji effektivliyi üzrə struktur yaradacaq

Energetika Materials 20 Fevral 2013 13:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Sənaye və Energetika Nazirliyi enerji effektivliyi məsələləri ilə məşğul olacaq strukturun yaradılması imkanlarına baxır. Trend-in məluymatına görə, bu barədə çərşənbə günü jurnalistlərə nazirliyin Hüquq Departamentinin rəhbəri İbrahim Ağayev bildirib.

"Bu hələlik ümumi ideyadır və biz indi bunun hansı formada təşkil olunması məsələsi üzərində işləyirik", - Ağayev bildirib.

Onun sözlərinə görə, enerji effektivliyi istiqaməti həm nazirliyin şöbəsi formasında, həm də ayrıca agentlik kimi təşkil oluna bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti