...

"Neft Daşları"ndakı 2183 nömrəli quyu geoloji tədbirdən sonra istismara verilib

Energetika Materials 27 Fevral 2014 15:57 (UTC +04:00)
Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik “Neft Daşları” yatağında yeni-yeni quyular qazılmaqla yanaşı, fəaliyyətsiz fondda olan quyular da geoloji-texniki tədbirlər aparılmaqla istismara qaytarılır.
"Neft Daşları"ndakı 2183 nömrəli quyu geoloji tədbirdən sonra istismara verilib

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik "Neft Daşları" yatağında yeni-yeni quyular qazılmaqla yanaşı, fəaliyyətsiz fondda olan quyular da geoloji-texniki tədbirlər aparılmaqla istismara qaytarılır.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, istehsalın səmərəliliyinin yüksəldilməsi məqsədilə yatağın işlənilməsini həyata keçirən "Neft Daşları" NQÇİ-də mühüm tədbirlər həyata keçirilir.

Bu günlərdə "Neft Daşları" yatağındakı 2182 nömrəli meydançadan 2183 nömrəli quyu aparılmış geoloji tədbirdən sonra istismara verilib.

Quyu Fasilə Lay Dəstəsindən sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti