...

I rübdə "Petkim" neft-kimya kompleksinin xalis mənfəəti 12 dəfə artıb

Energetika Materials 29 Aprel 2014 20:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir E.İsmayılov/

Bu ilin birinci rübünün yekunları üzrə ARDNŞ-nin 61,32 faiz iştirak payına malik olduğu Türkiyədəki "Petkim" neft-kimya kompleksinin xalis mənfəəti 37 milyon Türkiyə lirəsi təşkil edib ki, ötən ilin analoji dövründə bu göstərici 3,1 milyon lirə, ötən il ərzində isə 49 milyon lirə təşkil edib. Trend xəbər verir ki, bu barədə "Petkim"in rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Beləliklə, birinci rübdə holdinqin xalis mənfəəti 12 dəfə artıb.

Hesabat dövründə şirkətin dövriyyəsi 1,2 milyard lirəyə yaxın, ümumi mənfəətinin həcmi isə 92 milyon lirə təşkil edib.

"Petkim Petrokimya Holdinq" plastik qablaşdırmalar, parçalar, PVC, yuyucu vasitələr istehsal edir və Türkiyədə bu məhsulların yeganə istehsalçısıdır. Şirkət məhsullarının ¼-ni ixrac edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti