...

Cənub Qaz Dəhlizi üçün emissiyanın növbəti yerləşdirilməsi

Energetika Materials 27 Noyabr 2014 18:16 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Cənub Qaz Dəhlizi" QSC-nin 252,2 milyon dollar dəyərində təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospektini qeydiyyata alıb.
Cənub Qaz Dəhlizi üçün emissiyanın növbəti yerləşdirilməsi

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir Azad Həsənli/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Cənub Qaz Dəhlizi" QSC-nin 252,2 milyon dollar dəyərində təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospektini qeydiyyata alıb.

Trend-in Bakı Fond Birjasına istinadən verdiyi məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 dollar olan 2 522 000 istiqraz buraxılıb.

Yerləşdirmənin anderrayteri qismində "PSG Broker" MMC çıxış edir.

İstiqrazların tədavül müddəti 10 təqvim ili, istiqrazların faiz dərəcəsi 6 ay LİBOR + 1 faizdir. Faiz ödəniş dövrünün müddəti hər 6 aydan birdir.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" QSC indiyədək istiqrazların üç buraxılışını yerləşdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti