...

Səudiyyə-İran münaqişəsi "qaynar mərhələ"yə keçsə, neft bahalaşa bilər

Energetika Materials 6 Yanvar 2016 16:15 (UTC +04:00)
Dünya karbohidrogenlər bazarında təklif tələbi üstələməyə davam edir və qısamüddətli perspektivdə neftin qiymətinin artımını gözləməyə dəyməz.
Səudiyyə-İran münaqişəsi "qaynar mərhələ"yə keçsə, neft bahalaşa bilər

Bakı. Anaxanım Hidayətova - Trend:

Dünya karbohidrogenlər bazarında təklif tələbi üstələməyə davam edir və qısamüddətli perspektivdə neftin qiymətinin artımını gözləməyə dəyməz.

Bunu Trend-ə Ukrayna Milli Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Mərkəzinin direktoru Valentin Zemlyanski deyib.

Ekspert hesab edir ki, dünya bazarında neftin qiyməti Səudiyyə Ərəbistanı və İran arasında münaqişə "qaynar mərhələ"yə keçəcəyi təqdirdə arta bilər.

O, iki ölkə arasında münaqişənin hərbi qarşıdurmaya keçməsi imkanını istisna etməyib: "Dünya iqtisadiyyatı ciddi böhran vəziyyətindədir ki, bu da böyük qarşıdurma ehtimalının ilkin əlamətidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti