...

İlin birinci yarısında AÇG-dən ümumi hasilat 15 milyon ton olub

Energetika Materials 1 Avqust 2018 15:53 (UTC +04:00)
2018-ci ilin 1-ci yarısında AÇG üzrə fəaliyyətlərə təqribən 236 milyon dollar əməliyyat məsrəfləri və 552 milyon dollar əsaslı məsrəflər xərclənib.
İlin birinci yarısında AÇG-dən ümumi hasilat 15 milyon ton olub

Bakı. Trend:

2018-ci ilin 1-ci yarısında "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqları üzrə fəaliyyətlərə təqribən 236 milyon dollar əməliyyat məsrəfləri və 552 milyon dollar əsaslı məsrəflər xərclənib.

BP-dən Trend-ə verilən məlumata görə, 2018-ci ilin 1-ci yarısında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. 6 ay üçün AÇG-dən ümumi hasilat – Çıraq (49 000), Mərkəzi Azəri (158 000), Qərbi Azəri (127 000), Şərqi Azəri (96 000), Dərinsulu Günəşli (107 000) və Qərbi Çıraq (59 000) platformalarından birlikdə – gündə orta hesabla 596 000 barel və ya ümumilikdə təqribən 108 milyon barel, yəni 15 milyon ton olub.

İyun ayının sonunda AÇG-də ümumilikdə 116 neft hasilat quyusu və 53 qaz və su injektor quyusu istismarda olub.

İki rüb ərzində AÇG-də 6 neft hasilat quyusu və 2 su injektor quyusu qazılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti