...

"Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları"nı təsdiq edib

Energetika Materials 19 Fevral 2019 09:48 (UTC +04:00)
Nazir Kabineti “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nı təsdiq edib.
"Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları"nı təsdiq edib

Bakı. İlhamə İsabalayeva - Trend:

Nazir Kabineti “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nı təsdiq edib.

Trend-in məlumatına görə, Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş meyarlar aşağıdakılardır:

- Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və onun strukturuna daxil olan müəssisələr, habelə hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər üzrə podratçılar və əməliyyat şirkətləri fəaliyyət növündən asılı olmayaraq tam tərkibdə;

- yuxarıda göstərilən şəxslərə xidmət göstərən xarici və yerli subpodratçılar:

- mövcud subpodratçılar üzrə – yuxarıda göstərilən şəxslərə təqdim olunan mal, görülən iş və göstərilən xidmətlərə görə əvvəlki təqvim ili ərzində əldə olunan illik gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi məcmu illik gəlirlərin 50 faizindən çox olduğu təqdirdə;

- il ərzində yeni yaradılacaq subpodratçılar üzrə – yeni yaradılan subpodratçı ilin əvvəlindən yuxarıda göstərilən şəxslərə mal təqdim etməyə, iş görməyə və xidmət göstərməyə başladığı ayadək əməkhaqqından gəlir vergisini güzəştli dərəcələrlə tətbiq edir. Təqvim ili ərzində bu meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərlə müqavilə bağlayan subpodratçıların ilin əvvəlindən artan yekunla cəmi gəlirlərində (xərclər nəzərə alınmadan) həmin müqavilələr üzrə gəlirlərin (xərclər nəzərə alınmadan) xüsusi çəkisi 50 faizdən çox olduğu təqdirdə, növbəti ayın 1-dən etibarən təqvim ilinin sonunadək güzəşt hüququnu itirir (növbəti aylar üzrə artan yekunla gəlirlərin (xərclər nəzərə alınmadan) nisbətindən asılı olmayaraq). Növbəti ildən mövcud subpodratçı kimi bu meyarların 2.1.2.1-ci yarımbəndində qeyd olunan meyar əsas götürülür.

Qeyri-dövlət sektoru – dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər və vergi ödəyicisi olan fiziki şəxslər.

Bu qərar 2019-cu il yanvarın 1-dən tətbiq edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti