...

Sahibkarların obyektlərinə işıq çəkdirmək prosesi asanlaşdı

Energetika Materials 18 Sentyabr 2019 14:25 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

“Azərişıq” ASC mütəxəssislərinin yaratdığı Elekltron Müraciətlərin İdarə olunması Sistemi vasitəsi ilə indi hər bir sahibkar onlayn qaydada obyektinə işıq çəkdirə biləcək.

Bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

O bildirib ki, “Azərishiq.az” saytına, ordan isə Elektron Müraciətlərin İdarəolunması Sisteminə daxil olan sahibkar linki vurmaqla Elektron Hökumət portalına keçir və sistem digər dövlət qurumları ilə inteqrasiya olunduğu üçün müraciət edən özünə aid məlumatları ümumi bazadan götürür.

Reyester və qeydiyyat nömrələri sistemə daxil edilən kimi dərhal obyektin koordinatları ilə obyektə ən yaxın transformator məntəqəsi avtomatik müəyyənləşir.

Bununla da sahibkar tələb olunan gücü müəyyənləşdirib, qoşulma haqqını hesablayır və onlayn qaydada ödəyir. Nəticədə müraciət avtomatik icraata yönləndirilir və 20 gündən gec olmayaraq sahibkarın işığı yanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti