...

Yapon şirkəti AÇG-dən hasilat həcmini açıqlayıb

Energetika Materials 5 Aprel 2021 15:19 (UTC +04:00)

Bakı. Ləman Zeynalova - Trend:

Yaponiyanın INPEX şirkətinin 2020-ci ildə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasilatının həcmi 477 min barel/sutka təşkil edib.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

Qeyd edək ki, bir müddət əvvəl BP "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan bu günədək 3,8 milyard barel neft hasil olunduğunu açıqlamışdı.

2020-ci ildə AÇG-dən ümumi hasilat – Çıraq (34 900), Mərkəzi Azəri (113 200), Qərbi Azəri (118 900), Şərqi Azəri (64 200), Dərinsulu Günəşli (95 400) və Qərbi Çıraq (50 400) platformalarından birlikdə – gündə orta hesabla 477 000 barel və ya ümumilikdə təxminən 175 milyon barel, yəni 23,6 milyon ton olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti