...

Azərbaycanın yeni yataqları “Cənub Qaz Dəhlizi”nin genişlənməsi üçün böyük əhəmiyyət daşıyır - ELIAMEP

Energetika Materials 19 Aprel 2022 11:00 (UTC +04:00)
Azərbaycanın yeni yataqları “Cənub Qaz Dəhlizi”nin genişlənməsi üçün böyük əhəmiyyət daşıyır  - ELIAMEP
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın yeni nəsil dəniz yataqları “Cənub Qaz Dəhlizi”nin ikinci mərhələsi üçün ilkin şaxələndirmə mənbəyi və Cənub-Şərqi Avropada gələcək əməkdaşlıq üçün çox vacib hesab olunur.

Trend-in məlumatına görə, bu barədə Yunanıstanın Avropa və Xarici Siyasət Fondunun (ELIAMEP) elmi işçisi Marik Karagiannisin məqaləsində deyilir.

Analitik bildirir ki, Azərbaycanın Avropanın enerji təchizatı mənbəyi kimi geostrateji əhəmiyyəti hazırkı geosiyasi hadisələr fonunda daha da artıb.

“Azərbaycan coğrafi baxımdan və Cənub-Şərqi Avropanın qazla təchizatı baxımından əlverişli mövqedə yerləşib. “Şahdəniz” qaz yatağının kəşf olunmasından sonra hazırda Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 1,3 trilyon kubmetr təşkil edir. “Şahdəniz”lə yanaşı son onillikdə açılmış dəniz qaz yataqları 2020-ci ildən sonrakı onillikdə hasilatı və Avropaya ixracı artırmağa imkan verəcək. “Ümid” (200 milyard kubmetr qaz və 40 milyon ton kondensat), “Babək” (400 milyard kubmetr qaz və 80 milyon ton kondensat), “Şəfəq-Asiman” (300 milyard kubmetr qaz) və “Naxçıvan” (300 milyard kubmetr qaz) kimi yataqların işlənməsi onların “Cənub Qaz Dəhlizi”nə, eləcə də Cənub-Şərqi və Mərkəzi Avropada interkonnektorlara qoşulması barədə qərarın qəbul olunacağı təqdirdə mühüm xarici investisiyalar tələb edəcək”, - ekspert bildirib.

Onun fikrincə, bütün bunlarla yanaşı, Xəzər dənizində ən vədedici kəşf 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat ehtiyatı olan “Abşeron” yatağının açılması olub.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti