...

Avropa Enerji Tənzimləyiciləri Şurası EU4Energy proqramı çərçivəsində kommunikasiya üzrə təlim keçirib (FOTO)

Energetika Materials 16 İyul 2023 10:30 (UTC +04:00)
Avropa Enerji Tənzimləyiciləri Şurası EU4Energy proqramı çərçivəsində kommunikasiya üzrə təlim keçirib (FOTO)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER) Avropa İttifaqının "EU4Energy" proqramının ikinci mərhələsini təşkil edən "Şərq tərəfdaşlığı" ölkələrində "təmiz" enerjiyə keçidə dəstək çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrinin nazirliklərinin və enerji sahəsində milli tənzimləyici orqanlarının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislərini, həmçinin energetika ilə əlaqəli mövzularda çalışan jurnalistləri 13-14 iyul tarixlərində Gürcüstanın Batumi şəhərində kütləvi informasiya vasitələrində energetika məsələlərinin işıqlandırılması üzrə keçirilən ikigünlük təlimdə salamlayır.

CEER Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (AEU Neighbors East) kompleks təlim proqramının həyata keçirilməsində əməkdaşlıq edir. Bu tərəfdaşlıq sayəsində iştirakçılar faydalı təlim təcrübəsi, həmçinin böhran kommunikasiyaları və fövqəladə hallarda kommunikasiya strategiyalarının hazırlanmasına dair dəyərli məlumatlar əldə edəcəklər. O cümlədən xidmət keyfiyyəti, həssas müştərilərə dəstək və bərpa olunan enerji mənbələrinin inkişafının vacibliyi kimi mövzulara toxunulacaq. Dinləyicilər həmçinin son zamanlarda əldə etdikləri texniki bilikləri maraqlı praktik məşğələlərin köməyilə praktikada tətbiq edə biləcəklər.

Energetika mürəkkəb mövzu olmaqla gündəlik həyatımızın ayrılmaz tərkib hissəsidir. Çox mürəkkəb konsepsiyaların və texniki dilin sadə və anlaşılan məlumatlara çevrilməsi ciddi problemdir. Bundan başqa, son zamanlarda baş verən enerji böhranı enerji tənzimləmə orqanları arasında təcili kommunikasiya strategiyasının olmadığını və onların 2022-ci ildə baş verən hadisələrə hazırlıqsız olduğunu önə çıxardı. Beləliklə, bu təlim energetika sahəsində ekspertlərin, siyasətçilərin və kütləvi informasiya vasitələrinin sıx əməkdaşlığının vacibliyini vurğulayacaq ki, bu da xüsusən böhran zamanı səmərəli kommunikasiyanın ilkin şərtidir.

Təlim "EU4Energy" proqramının ikinci mərhələsini təşkil edən "Şərq tərəfdaşlığı" ölkələrində "təmiz" enerjiyə keçidə dəstək çərçivəsində təşkil olunub və 2024-cü ilin dekabrına qədər davam edəcək. Proqram enerji sahəsində etibarlı qanunvericilik və normativ-hüquqi bazanın inkişafına yardıma, regionun ekoloji təmiz enerjiyə keçidinin dəstəklənməsinə və enerji bazarlarının liberallaşmasına yönəlib.

"EU4Energy" təşəbbüsü Aİ tərəfindən ümumilikdə 8,5 milyon avro büdcə ilə maliyyələşdirilir və CEER, Beynəlxalq Enerji Agentliyi (BEA) və Enerji İcması Katibliyi (EnCS) ilə birgə həyata keçirilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti