...

AYİB-İN DİREKTORLAR ŞURASI LUKOIL-A AZƏRBAYCAN LAYİHƏLƏRİ ÜÇÜN KREDİTİN AYRILMASINI BƏYƏNİB

Energetika Materials 1 İyul 2005 13:09 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankının Direktorlar şurası Lukoil Overseas Holding Limited şirkətinə "Şah-Dəniz" qazkondensat yatağının işlənib hazırlanması üzrə xərclərin maliyyələşdirilməsi üçün $110 mln həcmində kreditin ayrılmasını bəyənib. Trend agentliyinə əsasən, bu barədə bankın yaydığı məlumatda deyilir.

AYİB-in Direktorlar Şurası Şah-Dəniz yatağından Gürcüstan və Türkiyəyə qaz nəqli üçün Cənubi Qafqaz boru kəmərinin (SCP) tikintisi çərçivəsində Lukoil Overseas şirkətinə $70 mln ayrılmasını bəyənib.

AYİB-in hesablamalarına görə, Şah-Dəniz layihəsinin 1-ci Mərhələsi $2,777 mlrd həcmindlə qiymətləndirilir ki, bu da LUKOIL tərəfindən təmin olunmalıdır. SCP vasitəsilə ilk qazı 2006-ci ilə qədər Türkiyəyə nəql etmək planlaşdırılır. "Şah-Dəniz" layihəsi üzrə tərəfdaşlar Azərbaycan, Gürcüstan və Türkiyə ilə artıq bir sıra alqı-satqı sazişi imzalayıblar.

Xəbər lenti

Xəbər lenti