Azərenerji SC və Almaniyanın Siemens şirkəti tərəfindən Sumqayıtda inşa edilən buxar-qaz qurğusu (BQQ) əftraf mühitə heç bir ziyan vurmayacaq. Azərenerji SC-nin mətbuat xidmətində Trend ə verilən məlumata əsasən, bu barədə Siemens-in vitse-prezidenti Norbert Keniq bildirib.
Onun sözlərinə görə, Sumqayıtda müxtəlif sınaqlardan yaxşı çıxan və buxar bloku ilə kombinasiyada dünyada ən yüksək göstəricilərə malik qazla işləyən qurğu quraşdırılır.
Azərenerji SC-nin prezidenti Etibar Pirverdiyevin sözlərinə görə, Siemens-in məsləhət gördüyü QBQ müxtəlif vallarda yerləşən 2 qaz, bir buxar turbinindən və üç generatordan ibarətdir. Ekspertlərin fikrincə, belə konfiqurasiya elektrik stansiyasının son dərəcə etibarlı rejimdə istismarına imkan verəcək.