...

Azərneftyağ NEZ bəzi qurğuların əsaslı təmiri üzrə tenderin elan edilməsi ilə bağlı Azərbaycan Dövlət Neft Şirkəti və Maliyyə Nazirliyinin bildirişini gözləyir

Energetika Materials 8 Noyabr 2005 14:06 (UTC +04:00)

Azərneftyağ Neft Emalı Zavodu (NEZ) bitum istehsal edən "Bituroks" N401 və neft emal edən GLOU-AVT-2-N202 və N305 qurğularının əsaslı təmiri üzrə tenderin elan edilməsi ilə bağlı Azərbaycan Dövlət Neft Şirkəti və Maliyyə Nazirliyinin bildirişini gözləyir. Bu barədə Trend ə AR DNŞ-in tərkibinə daxil olan müstəqil neft məhsulları ixracatçısı Azərneftyağ NEZ-də
bildirilib.

Tenderin bu instansiyalar tərəfindən layihənin bilavasitə maliyyələşdirilməsi təsdiq edildikdən sonra elan olunacağı gözlənilir. Hazırda tenderin keçirilməsi üçün bütün vacib sənədlər hazırlanır. "Bituroks" N401 qurğusunun layihəçisi olan Avstriyanın Perner şirkəti lazımi avdanlıqların siyahısını hazırlayıb.

Bu şirkət lazımi avadanlığın müəyyən edilməsində NEZ-ə məsləhətlər verərək qurğunun monitorinqini aparıb. Əsaslı təmirin 1,5 ay davam edəcəyi gözlənilir. Bitum istehsal edən qurğunun gücü 250 min ton (200 min ton - asfalt bitumu, 50 min ton - tikinti bitumu), benzin istehsal edən GLOU-AVT-6 qurğusunun gücü isə - 6 mln tondur.

Xəbər lenti

Xəbər lenti