...

Azəriqaz QSC "Qaradağ" və "Kalmaz" yeraltı qaz anbarlarında olan ehtiyat qazın istifadəsinə başlayıb

Energetika Materials 15 Noyabr 2005 13:48 (UTC +04:00)

Azəriqaz QSC "Qaradağ" və "Kalmaz" yeraltı qaz anbarlarında olan ehtiyat qazın istifadəsinə başlayıb. Bu barədə Trend ə "Azəriqaz" qaz təsərrüfatının istismarı idarəsinin rəisi Tahir Əliyev bildirib.

Onun sözlərinə görə, noyabrın 13-dən "Qaradağ" YQA-dakı ehtiyat qazın istifadəsinə başlanılıb. "İstifadə edilən qazın həcmi gündə 1,2-1,3 mln m3-dir. Ondan Bakı və ölkə regionlarının qazla təmin olunmasında istifadə edilir. Qaz sistemi qazı YQA-dan tələbatın olduğu istiqamətlərə yönəltməyə imkan verir", - deyə T.Əliyev qeyd edib.

O bildirib ki, əgər lazım gəlsə, noyabrın 15-dən "Kalmaz" YQA-da ehtiyat qazın istifadəsinə başlanacaq. QSC-də hesab edirlər ki, cari ildə ölkədə qaza tələbat əvvəlki illərlə müqayisədə özünü çox büruzə verməyəcək. Belə ki, Azəriqaz "Qaradağ" və "Kalmaz" qaz anbarlarına 1,026 mlrd m3 ehtiyat qaz yığıb ki, bu da keçənilki göstərici ilə müqayisədə 400 mln m3 çoxdur.

Hazırda təbii qazla Bakıdan başqa Azərbaycanın 49 rayonu da təchiz olunur.

Xəbər lenti

Xəbər lenti