...

ARDNŞ 2006-cı ildə Supsadan 10 mln barelədək Azəri Light nefti sata bilər

Energetika Materials 15 Noyabr 2005 16:52 (UTC +04:00)

ARDNŞ 2006-cı ildə Gürcüstanın Qara dənizdəki Supsa limanından ABƏŞ-in "Azəri-Çıraq-Günəşli" yatağında hasil etdiyi 10 tanker partiyası həcmində Azəri Light nefti satmağı planlaşdırır.

ARDNŞ hər il Supsadan "AÇG" layihəsi çərçivəsində 10% pay ilə mənfəət nefti satır. Tanker partiyasının həcmi 135 min ton yaxud 1 mln. barel təşkil edir.

ARDNŞ-də Trend ə bildirlib ki, 2006-cı ildə Supsadan daşınacaq partiyaların real sayı Bakı-Supsa boru kəmərinin yüklənməsindən asılı olaraq səkkiz partiya təşkil edə bilər.

"Bu il Supsadan 9 partiya neft satacağıq, sonuncu Almaniyanın Select Energy şirkəti tərəfindən alınıb və bu, noyabrın 18-19-da yüklənəcək" -deyə ARDNŞ-də bildirilib. ABƏŞ-in səhmdarları 2006-cı ildə Bakı-Supsa boru kəməri ilə neftin nəqlini bu ilki səviyyədə saxlamağı planlaşdırır.ABƏŞ həm 2006-cı ildə , həm də gələcəkdə "qərb" boru kəməri ilə neft nəqlini nə azaltmağı, nə də tamamilə dayandırmağı planlaşdırmır.

Yanvar-oktyabrda Bakı-Supsa boru kəməri ilə ABƏŞ 5,756 mln. ton Azəri Light nefti ixrac edib.

ARDNŞ-də qeyd olunub ki, Novorossiysk limanından dekabrda 85 min ton Urals nefti satılacaq. Bu partiyaya tender noyabrın sonunda elan ediləcək. Hazırda ARDNŞ Gürcüstanın Batumi limanından 80 min ton həcmində Azəri Light mənfəət neftinin partiyası satışına olan tenderin yekunlarını gözləyir. Neftin daşınması 1-5 dekabrda gözlənilir.

Xəbər lenti

Xəbər lenti