...

Shirvanoil birgə müəssisəsi bu ildə ilk quyunun qazılmasına hazırlaşır

Energetika Materials 24 Yanvar 2006 15:21 (UTC +04:00)

Azərbaycanın quruda yerləşən "Kürovdağ" yatağının bərpası, işlənməsi və kəşfiyyatı ilə məşğul olan Shirvanoil birgə müəssisəsi (BM) yaxın
günlərdə yatağın cənub hissəsində ilk quyunun qazılmasına başlayacaq. Bu barədə Trend ə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verib.

ARDNŞ-dən verilən məlumata görə, quyunun layihə dərinliyi 3 500 metr təşkil edir. Bu neft istismar quyusu olacaq. Qazma işlərini BM-nin sifarişi ilə Monument Oil şirkəti həyata keçirəcək.

2005-ci ilin sonuna kimi Shirvanoil "Kürovdağ"ın işlənməsi üçün $40 mln -dan artıq sərmayə qoyub. İlin birinci yarısında $12,4 mln vəsait xərclənib ki, bu vəsaitdən $2,7 mln əsas xərclər, $9,7 mln əməliyyat xərclərinə sərf edilib. İlin ikinci yarısında investisiyaların həcmi $28,4 mln, eləcə də, $16,4 mln əsas xərclər, $12 mln əməliyyat xərcləri təşkil edib.

Xəbər lenti

Xəbər lenti